Nothing Phone (3a) Community Edition rəsmi təqdim olundu - QİYMƏTİ
Technote.az “GSMArena” platformasına istinadən bildirir ki, Nothing bu ilin mart ayında elan etdiyi Community Edition layihəsinin nəticəsini nəhayət təqdim etdi. Nothing Phone (3a) Community Edition artıq rəsmi olaraq satışa çıxır.
Bu modeldən cəmi 1,000 ədəd istehsal olunacaq. Telefona sahib olmaq istəyənlər indidən 11 dekabra qədər qeydiyyatdan keçməlidirlər. Satış isə 12 dekabrda Nothing-in rəsmi saytında məhdud zaman çərçivəsində həyata keçiriləcək.
Layihə üçün Nothing icma üzvlərindən 700-dən çox müraciət alıb. Dizayn, proqram təminatı, aksesuarlar və “vizual hekayəçilik” istiqamətində edilən yüzlərlə təklif arasından qaliblər seçilib. Qaliblər:
• Emre Kayganacl – hardware dizaynı
• Ambrogio Tacconi və Louis Aymond – aksesuar dizaynı
• Jad Zock – kilid ekranı saatı və divar kağızı
• Sushruta Sarkar – marketinq kampaniyası
• Emre Kayganacl – hardware dizaynı
• Ambrogio Tacconi və Louis Aymond – aksesuar dizaynı
• Jad Zock – kilid ekranı saatı və divar kağızı
• Sushruta Sarkar – marketinq kampaniyası
Onlar son bir neçə ay ərzində London şəhərində Nothing-in dizayn, proqram təminatı, marketinq və yaradıcı komandaları ilə birgə çalışaraq öz ideyalarını gerçəkləşdiriblər.
Telefonun hardware dizaynı 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərinin estetikasından ilhamlanıb. Aksessuar olaraq xüsusi hazırlanmış, Nothing-in Ndot 55 şrifti ilə işlənmiş nömrələrə sahib zər (dice) dəsti təqdim olunur. Kilid ekranı üçün vizual səliqəni artıran, əsas elementlərə diqqəti yönəldən xüsusi saat üzü yaradılıb. Bundan əlavə, arxa panelin rəngi və teksturası ilə interfeys arasında vizual əlaqə yaradan eksklüziv divar kağızı da mövcuddur.
Texniki göstəricilər isə standart Nothing Phone (3a) modeliylə tam eynidir:
• 6.77 düym AMOLED ekran, 120Hz yeniləmə, 2,160Hz PWM dimming, 3,000 nit maksimum parlaqlıq
• Snapdragon 7s Gen 3 çipi
• Arxa kamera sistemi: 50MP əsas (OIS), 50MP telefoto (2x optik zoom), 8MP ultra-geniş
• 32MP ön kamera
• 5,000 mAh batareya, 50W sürətli şarj
• Community Edition modeli 12GB RAM və 256GB yaddaşla gəlir

Qiymət isə € 379 olaraq qeyd olunub.
Paylaş