Logo
    main-post-cover

    Nothing şirkəti hələ ki, Nothing Phone (2)-ni planlaşdırmır

    Cihazlar+
    05.12.2022
        Nothing şirkətinin təsisçisi və CEO-su Carl Pei şirkətin planları barəsində bəzi məlumatları verib. Onun sözlərinə əsasən Nothing şirkəti digər istehsalçıların getdikləri yol ilə getməyəcək. Yəni şirkət öz smartfon seriyasını hər il yeniləmək niyyətində deyil. Bu isə o deməkdir ki, Nothing Phone (2) barəsində düşünmək hələ tezdir. Carl Pei bildirib ki, şirkət öz diqqətini hal hazırda aktual olan Nothing Phone (1)-də cəmləyəcək. Söhbət, smartfonun proqram təminatının təkmilləşdirilməsindən gedir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Nothing Phone (1) üçün Android 13-ün qapalı beta testinə qeydiyyat başladı. Beta versiya sözügedən smartfon üçün bu ayın ortasında təqdim edilməlidir. Daha sonra isə Nothing Phone (1) üçün Android 13-ün açıq beta testinə start veriləcək. Gözləntilərə əsasən smartfon əməliyyat sisteminin stabil versiyasını gələn ilin əvvəlində əldə edəcək. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nothing şirkəti hələ ki, Nothing Phone (2)-ni planlaşdırmır | Technote