Logo
    main-post-cover

    Növbəti iPad Air planşetinin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

    Cihazlar+
    04.10.2024
    Emil
           Apple şirkətinin hazırladığı iPad modellərindən biri də yeni iPad Air-dir. Yeni iPad Air planşetinin artıq 2025-ci ildə təqdim ediləcəyi gözlənilir. İndi isə internetdə bu planşetin hansı prosessor vasitəsilə çalışacağı barəsində məlumat ortaya çıxıb. Hazırlanan yeni iPad Air modeli xarici görünüşcə daha əvvəlki iPad Air modellərinə bənzəməlidir. Lakin bununla belə o, yenilənmiş texniki imkanları əldə edəcək. Onlardan ən əsası isə məhz prosessor olacaq. Beləliklə ortaya çıxmış məlumata əsasən gələn il təqdim olunacaq iPad Air 2025 planşeti Apple M3 prosessoru vasitəsilə çalışacaq.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, sonuncu dəfə təqdim edilmiş iPad Air modeli M2 prosessoru vasitəsilə çalışır. M3 prosessoru öz növbəsində M2-dən CPU mövzusunda 30%, GPU mövzusunda 15% daha güclüdür. Bununla yanaşı nəzərə alsaq ki, M2 prosessoru vasitəsilə çalışan iPad Air modeli iPadOS 18 vasitəsilə Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını əldə edib, burdan belə qənaətə gəlmək olar ki, süni zəka funksyaları həmçinin M3 prosessoru vasitəsilə çalışacaq iPad Air 2025-də də istifadəyə veriləcək.
    Paylaş
    Bənzər xəbərlər
    novbeti-iphone-se-nin-hansi-prosessoru-ve-arxa-kamerani-elde-edeceyi-aciqlanib
    Cihazlar+

    Növbəti iPhone SE-nin hansı prosessoru və arxa kameranı əldə edəcəyi açıqlanıb

    Gələn ilin əvvəlində Apple şirkətinin növbəti iPhone SE-ni təqdim edəcəyi gözlənilir. Çox güman ki, növbəti iPhone SE modeli yaz fəslində təqdim olunacaq.
    apple-macintosh-un-ilk-prototipi-rekord-qiymete-satisa-cixarilacaq
    Cihazlar+

    Apple Macintosh-un ilk prototipi rekord qiymətə satışa çıxarılacaq

    Yaxın zamanda Bonhams adlı hərracda M0001 model nömrəsinə sahib Apple Macintosh kompüterinin ilk prototipi satışa çıxarılacaq. Əfsanəyə əsasən zamanında Steve Jobs bu prototipin yox edilməsi əmrini vermişdi.
    6000-saxta-iphone-ile-apple-i-aldadan-2-cinli-sexs-saxlanilib
    Digər

    6000 saxta iPhone ilə Apple-ı aldadan 2 çinli şəxs saxlanılıb!

    Saxta iPhone-ların seriya nömrələrini dəyişdirərək Apple-ı aldadan ikili 1.5 milyon dollar cərimələnib. Əlavə olaraq, bu iki fırıldaqçıya 50 aydan çox həbs cəzası da verilib.
    iphone-16-pro-max-in-maya-deyeri-melum-olub
    Cihazlar+

    iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub

    TD Cowen şirkətinin analitikləri iPhone 16 Pro Max-ın 256 GB daxili yaddaş həcminə sahib versiyasının bütün daxili komponentlərinin qiymətlərini təyin edərək bu smartfonun istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini öyrəniblər.
    yaxin-gelecekde-macbook-ve-imac-modelleri-tamamile-suseden-ibaret-ola-biler
    Cihazlar+

    Yaxın gələcəkdə MacBook və iMac modelləri tamamilə şüşədən ibarət ola bilər!

    Apple, yaxın zamanda aldığı patentlə MacBook Air və iMac modellərində şüşə xarici səthdən istifadə etmək ehtimalını gündəmə gətirib. Patent, cihazların xarici gövdəsində giriş/çıxış funksiyalarının tətbiq oluna biləcəyini və hətta gələcəkdə şüşə klaviaturalı MacBook Air modellərinin ola biləcəyini göstərir.