main-post-cover

    Növbəti iPhone SE hansı texniki imkanlara sahib olacaq

    Cihazlar+
    22.07.2024
    Emil Nəcəfov
           Apple şirkətinin gələn il növbəti iPhone SE smartfonunu təqdim edəcəyi gözlənilir. Son zamanlarda bu smartfon barəsində çoxlu sayda məlumat ortaya çıxıb. Ice Universe ləqəbli məşhur insayder tərəfindən təqdim edilmiş yeni məlumatlar isə növbəti iPhone SE-nin texniki imkanlarını əhatə və smartfonun ikili arxa kameraya sahib ola biləcəyi fikrini təkzib edirlər. Beləliklə insayderin sözlərinə əsasən növbəti iPhone SE modeli 6.06 düym ölçülü ekranı əldə edəcək. Böyük ehtimal ilə ekran 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
         Məlumatda qeyd edilib ki, smartfon Apple A18 Bionic prosessoru vasitəsilə çalışacaq və özündə 6 və ya 8 GB RAM-ı birləşdirəcək. Bununla yanaşı smartfon USB-C girişinə və Face ID texnologiyasına sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfon 48 MP-lik bir ədəd arxa kameranı əldə edəcək. İnsayder əlavə edib ki, növbəti iPhone SE-nin gövdə ətrafı çərçivəsi alüminium materialdan hazırlanacaq. Smartfon fiziki Home düyməsindən və ekran ətrafı qalın çərçivələrdən məhrum olacaq. Gözləntilərə əsasən növbəti iPhone SE modeli 499-549$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone Plus-ı əvəz edəcək iPhone 17 Slim-in özəllikləri açıqlanıb
    iphone-plus-i-evez-edecek-iphone-17-slim-in-ozellikleri-aciqlanib
    Apple ilk qatlana bilən smartfonu üçün dözümlü ekranı patentləşdirib
    apple-ilk-qatlana-bilen-smartfonu-ucun-dozumlu-ekrani-patentlesdirib
    Apple, iPhone 15 seriyasını satmaqda çətinlik çəkir!
    apple-iphone-15-seriyasini-satmaqda-cetinlik-cekir
    Apple, Android istifadəçilərini hədəf alan "qorxu filmi" tərzindəki reklam çarxını yayımlayıb! (VİDEO)
    apple-android-istifadecilerini-hedefe-alan-qorxu-filmi-terzindeki-reklam-carxini-yayimlayib-video
    iPad mini 7-nin bəzi mümkün özəllikləri açıqlanıb
    ipad-mini-7-nin-bezi-mumkun-ozellikleri-aciqlanib