Logo
    main-post-cover

    Növbəti iPhone SE-nin hansı prosessoru və arxa kameranı əldə edəcəyi açıqlanıb

    Cihazlar+
    04.10.2024
    Emil
         Gələn ilin əvvəlində Apple şirkətinin növbəti iPhone SE-ni təqdim edəcəyi gözlənilir. Çox güman ki, növbəti iPhone SE modeli yaz fəslində təqdim olunacaq. Təqdimata hələ bir xeyli vaxtın olmasına baxmayaraq bu smartfon barəsində məlumatlar daimi şəkildə ortaya çıxır. 9to5mac saytı öz növbəsində növbəti iPhone SE-nin əsas texniki imkanlarını açıqlayıb. Beləliklə verilmiş məlumata əsasən növbəti iPhone SE modeli Apple A18 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək.
         Qeyd etmək lazımdır ki, iPhone 16 iPhone 16 Plus smartfonları da sözügedən prosessor vasitəsilə çalışırlar. Bu isə o deməkdir ki, yeni iPhone SE modeli Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını əldə edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, yeni iPhone SE smartfonu Apple şirkətinin Centauri kod adına sahib fərdi 5G modemini əldə edəcək ilk smartfonu olacaq. Növbəti iPhone SE-nin bir ədəd arxa kameranı əldə edəcəyi gözlənilsə də, 9to5mac saytının xəbərinə görə o, 48 MP-lik olacaq.
    Paylaş