Logo
    main-post-cover

    Növbəti iPhone SE-nin keysinin fotosu təqdim edilib

    Cihazlar+
    14.10.2024
    Emil
         Apple şirkəti gələn ilin birinci yarısında növbəti iPhone SE smartfonunu təqdim etməlidir. İndi isə insayderlər bu smartfonun keysinin əks olunduğu fotonu təqdim ediblər. Təqdim edilmiş keys sayəsində növbəti iPhone SE-nin necə bir dizayna sahib olacağını təsəvvür etmək olar. Beləliklə fotoya əsasən növbəti iPhone SE-nin arxa panelinin yuxarı hissəsində oval formalı kamera sahəsi yerləşəcək.
         Çox güman ki, smartfon iki ədəd arxa kameranı əldə edəcək. Belə ki, oval formalı kamera sahəsinin ölçüsü böyükdür. Bu baxımdan smartfon iPhone 7 Plus-a bənzəyə bilər. Bununla yanaşı keysə əsasən demək olar ki, smartfonun gövdəsi yastı dizayna sahib olacaq. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən növbəti iPhone SE modeli Apple şirkətinin fərdi 5G modemini əldə edəcək ilk iPhone olacaq. Üstəlik yeni iPhone SE-nin OLED ekranla təchiz olunacağı gözlənilir.
    Paylaş