
Növbəti iPhone SE smartfonu daha təkmilləşdirilmiş arxa kameranı əldə edəcək
Cihazlar+
06.11.2023
Emil
Apple şirkətinin gələn il növbəti iPhone SE smartfonunu təqdim edəcəyi gözlənilir. Mydrivers saytı öz növbəsində növbəti iPhone SE barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən növbəti iPhone SE modeli 48 MP-lik əsas arxa kameranı əldə edəcək. Beləliklə Apple şirkəti növbəti iPhone SE-ni təqdim edəndən sonra 12 MP-lik kamera dövrü ilə vidalaşacaq. Məlumatda qeyd edilib ki, yeni iPhone SE-də olacaq 48 MP-lik kamera 24 MP-lik keyfiyyətdə fotolar çəkə biləcək. Bu isə 12 MP-lik kamera ilə müqayisədə daha detallı fotoların əldə edilməsinə şərait yaradacaq. Məlumata əsasən növbəti iPhone SE həmçinin çıxıntı hissəyə sahib ekran, A16 Bionic prosessoru və Face ID texnologiyası ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
