Logo
    main-post-cover

    Növbəti nəsil Samsung Galaxy Ring jest əsaslı daha çox idarəetmə imkanını əldə edə bilər

    Cihazlar+
    06.02.2025
    Emil
         Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfon seriyasını təqdim etdi və bu seriyaya daxil olmuş modellərdən biri də Galaxy S25 Ultra oldu. Təqdimatdan qısa müddət sonra isə məlum oldu ki, Galaxy S25 Ultra-nın S Pen stilusu Bluetooth funksiyalardan məhrum olub. Bəlkə də Samsung, S Pen stilusunda Bluetooth funksiyaları aradan qaldırmaqla diqqəti Galaxy Ring-in jest idarəetməsinə yönəltmək istəyib. Bir neçə müddət bundan öncə ortaya çıxmış bir patent müraciəti Samsung-un tədqiqat və inkişaf departamentində hansı yeniliklər üzərində çalışdığını göstərir. Növbəti mərhələdə Galaxy Ring üçün jest əsaslı daha çox idarəetmə funksiyası planlaşdırılır.
         Bunlardan biri istifadəçinin qarşısındakı cihazın interfeysini idarə etməyə imkan verən jestlərdir. Patent Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (WIPO) vasitəsilə təqdim edilib və bu barədə ilk məlumatı 91Mobiles saytı yayıb. Patent əsasən koreya dilindədir və yalnız machine translation ilə səthi şəkildə nəzərdən keçirilib. Sənəddə bir-biri ilə naqilsiz şəkildə əlaqə quraraq məlumat ötürə bilən bağlı bir periferik cihaz təsvir edilir. Burada ötürülən məzmunun növü və ya istifadə ediləcək jestlərin tam detalları göstərilməsə də, əsas təsvirlər noutbuk və planşetin xarici qoşulmuş cihazlar kimi istifadə edildiyini göstərir.
         Bu texnologiya “Minority Report” filmindəki futuristik kompüter idarəetməsinə tam bənzəməsə də, bu cür texnologiyaya bir addım daha yaxınlaşmaq həyəcanvericidir. Patent bir qədər qarışıq təsir bağışlasa da, Samsung-un proqramlar arasında keçid etməyə və ya kursoru fərqli pəncərələr arasında hərəkət etdirməyə imkan verən bir texnologiya üzərində çalışdığı aydın görünür. Sənəddə təsvir edilən cihazlar böyük ehtimalla Samsung-un Galaxy Book noutbuklarına və Galaxy Tab planşetlərinə işarə edir. Galaxy Ring kimi bir aksesuar, Samsung ekosisteminə daha çox insanı cəlb etmək üçün əlverişli bir vasitə ola bilər. Samsung-un birinci nəsil Galaxy Ring-i məhdud sayda jest idarəetmə imkanına malikdir və bu baxımdan xüsusi bir yenilik təklif etmir.
         Cihaz yalnız Galaxy smartfonları ilə qoşulu olduqda işləyir. İstifadəçi bir jestlə telefondakı siqnalı söndürə və ya kamera tətbiqində çəkilişi başlada bilər və bununla imkanlar bitir. Bu jestlər artıq Samsung Galaxy ekosistemində mövcud olduğu üçün inqilabi bir yenilik hesab olunmur. Patentdə təsvir edilən texnologiya isə daha çox naqilsiz bir periferik cihazı xatırladır. Samsung-un bu ideyanı reallaşdırıb-reallaşdırmayacağı hələ məlum deyil. Əksər şirkətlər patentləri "ehtiyat üçün" qeydiyyatdan keçirirlər. Bu, onlara ilk olaraq bu fikri irəli sürdüklərini iddia etməyə və gələcək məhsullarına istədikləri vaxt inteqrasiya etməyə imkan verir. Bəlkə də Samsung bu patenti növbəti nəsil Galaxy Ring-də həyata keçirəcək. Yaxud bu patent stilus və ya ağıllı üzük kimi xarici aksesuarlarla cihazlar arasında pəncərələri hərəkət etdirmə üsulu ilə bağlıdır.
    Mənbə: Gizmodo
    Paylaş
    Bənzər xəbərlər
    2024-cu-ilde-en-cox-satilmis-smartfonlarin-top-siyahisi-teqdim-edilib
    Cihazlar+

    2024-cü ildə ən çox satılmış smartfonların top siyahısı təqdim edilib

    Counterpoint Research analitik agentliyi illik qlobal smartfon bazarı araşdırmasını dərc edib və 2024-cü ilin ən çox tələbat görən cihazını açıqlayıb.
    samsung-galaxy-s26-ultra-prototipi-ekranalti-on-kameraya-sahibdir
    Cihazlar+

    Samsung Galaxy S26 Ultra prototipi ekranaltı ön kameraya sahibdir

    Samsung Galaxy S25 Ultra hələ mağazaların rəflərində görünməsə də, artıq şirkətin Galaxy S26 Ultra-nın prototipini test etməyə başladığı barədə məlumatlar yayılıb. Bu model Samsung-un ilk görünməz ön kameraya sahib smartfonu ola bilər.
    samsung-un-3-qat-qatlana-bilen-smartfonunun-mumkun-adi-melum-olub
    Cihazlar+

    Samsung-un 3 qat qatlana bilən smartfonunun mümkün adı məlum olub

    Son zamanlarda yayılmış məlumata əsasən Samsung şirkəti bu il ilk 3 qat qatlana bilən smartfonunu təqdim edəcək. Samsung-un bu smartfonu keçən ilin sentyabr ayında Huawei tərəfindən təqdim edilmiş Mate XT adlı 3 qat qatlana bilən smartfona rəqib olmalıdır.
    samsung-galaxy-z-fold-7-ve-z-flip-7-smartfonlari-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Cihazlar+

    Samsung Galaxy Z Fold 7 və Z Flip 7 smartfonları barəsində yeni təfərrüatlar təqdim edilib

    Samsung şirkəti bu ilin ikinci yarısında yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarından gedir.
    nazik-govdeli-samsung-galayx-s25-edge-smartfonunun-ilk-kamera-melumatlari-teqdim-edilib
    Cihazlar+

    Nazik gövdəli Samsung Galayx S25 Edge smartfonunun ilk kamera məlumatları təqdim edilib

    Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfon seriyasının təqdim etdi. Bu seriyaya Galaxy S25, S25+ və S25 Ultra modelləri daxil oldular. Təqdimatın sonunda isə şirkət nazik gövdəli Galaxy S25 Edge modelini anons etdi.