Logo
    main-post-cover

    Nubia brendi öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır

    Cihazlar+
    20.12.2023
    Emil
         ZTE şirkətinin Nubia brendi dünən Nubia Z60 Ultra flaqman smartfonunu təqdim etdi. İndi isə görünür, şirkət daha bir yeni smartfon üzərində çalışır. GSMChina saytının vermiş olduğu məlumata əsasən Nubia brendi öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Söhbət, Nubia Flip 5G adlı smartfondan gedir. Bu yeni smartfon IMEI məlumatlar bazasında NX724J model nömrəsi altında ortaya çıxıb. Təəssüflər olsun ki, IMEI məlumatlar bazasında Nubia Flip 5G smartfonunun texniki imkanları barəsində məlumatlar əks olunmayıb. Sadəcə güman etmək olar ki, bu smartfon iki ədəd ekrana sahib olacaq və Qualcomm və ya MediaTek prosessoru vasitəsilə çalışacaq. Nubia Flip 5G-nin gələn il təqdim olunacağı gözlənilir.
    Paylaş