
Oculus VR-ın yaradıcısı ABŞ ordusu üçün AR eynəklərin hazırlanması ilə məşğul olacaq
Cihazlar+
12.02.2025
Emil
Oculus VR-ın yaradıcısı Palmer Luckey, 2017-ci ildə şirkətini Mark Zuckerberg-ə satdıqdan sonra Anduril Industries adlı şirkətini qurdu. Anduril Industries süni zəka və artırılmış reallıq (AR) texnologiyalarına əsaslanan robotlaşdırılmış hərbi texnika və həllər üzərində ixtisaslaşıb. İndi isə bu şirkət Microsoft-un Pentaqonu AR cihazlarla təmin etmək öhdəliyini öz üzərinə götürəcək. Microsoft 2018-ci ildən etibarən ABŞ Müdafiə Nazirliyi üçün IVAS adlı AR cihazlar yaratmağa çalışırdı.
Palmer Luckey:

Bu sistemlər Microsoft-un HoloLens texnologiyasına əsaslanırdı və ABŞ ordusu 120 000-dən çox belə cihaz almağı planlaşdırırdı. Lakin layihənin icrası çətinliklərlə üzləşdi, çünki bir ədəd cihazın yüksək qiyməti (80 000$) sifarişçiləri narahat edirdi və layihənin ümumi büdcəsi inkişaf xərcləri ilə birlikdə 21.9 milyard dollara çatmışdı. Bu səbəbdən Microsoft-un layihə ilə bağlı öhdəlikləri Anduril Industries-ə keçəcək.
Anduril Industries-in bu müqavilə üzrə öhdəliklərini nə dərəcədə uğurla yerinə yetirəcəyini proqnozlaşdırmaq çətindir, lakin artıq məhz bu şirkət IVAS artırılmış reallıq cihazlarının hazırlanması, istehsalı və ABŞ ordusuna tədarükünə cavabdeh olacaq. Palmer Luckey öz şirkətinin bu cihazlara əlavə edə biləcəyi yeni qabaqcıl funksiyalar barədə ipucu versə də, təhlükəsizlik səbəbindən detalları açıqlamayıb. Hələ Microsoft-un rəhbərliyi dövründə IVAS cihazları aşağıdakı xüsusiyyətlərə malik idilər:
- Termal görüntüləmə sistemləri (təhlükələri qaranlıqda aşkar etmək üçün)
- Machine vision texnologiyası (real vaxtda obyektləri tanımaq və əsgərləri yaxınlaşan təhlükələr barədə xəbərdar etmək üçün)
- Xəritəçəkmə və naviqasiya xidməti.

İndi isə Anduril Industries bu texnologiyanı daha da təkmilləşdirmək və ABŞ ordusunun istifadəsinə vermək öhdəliyini daşıyır. Microsoft-un hüquq və öhdəliklərinin Anduril Industries-ə ötürülməsi hələlik ABŞ Müdafiə Nazirliyinin rəsmi təsdiqini tələb edir. Lakin Microsoft layihədən tamamilə ayrılmayacaq - şirkət məlumatların emalı və saxlanması üçün bulud xidmətləri göstərməyə davam edəcək. Bununla belə, ABŞ-da yeni siyasi rəhbərlik dövründə bu uzunmüddətli layihənin davam edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
