Logo
    main-post-cover

    Ofis işləri üçün AOC U27B3CF monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.07.2024
    Emil
         AOC şirkəti qlobal bazarda ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC U27B3CF adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, HDR10 dəstəklidir. Ekran sRGB rəng diapazonunun 128.7%-ni, DCI-P3 rəng diapazonunun isə 94.9%-ni əhatə edir. Monitor 4 vatt gücündə stereo səsgücləndiricilər ilə təchiz olunub. O özündə USB-C girişini birləşdirir. USB-C girişi vasitəsilə bu monitora noutbuku qoşmaq olar. Bu halda noutbuk üstəlik monitor vasitəsilə şarj da olunacaq. Belə ki, USB-C girişi 65 vatt çıxış gücünə sahibdir. AOC U27B3CF artıq satışa çıxıb və onun qiyməti 373 avro təşkil edir.
    Paylaş