Logo
    main-post-cover

    Ofis işləri üçün TCL Thunderbird U6 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.01.2025
    Emil
         TCL şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru TCL Thunderbird U6 adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü QD mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Ekran HDR dəstəklidir və o, sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-C, USB-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. TCL Thunderbird U6 artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 204$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş