Logo
    main-post-cover

    Ofis işləri və kompüter oyunları üçün büdcəli MSI PRO MP243L E14 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.08.2025
         MSI şirkəti ofis işləri və kompüter oyunları üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni monitoru MSI PRO MP243L E14 adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 102%-ni əhatə edir. Monitor özündən VGA HDMI 2.0 girişlərini birləşdirir. MSI PRO MP243L E14 artıq Çində satışa çıxıb və onun qiyməti 76$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...