
OnePlus 11 barəsində əlavə məlumatlar təqdim edilib
Cihazlar+
18.11.2022
Emil Nəcəfov
Dünən OnePlus 11 flaqman smartfonunun texniki özəllikləri barəsində məlumat verilmişdi. İndi isə sözügedən smartfon barəsində əlavə məlumatlar təqdim edilib. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayder OnePlus 11-in gövdəsinin hansı materialdan hazırlanacağını və smartfonun hansı həcmdə RAM yaddaşını əldə edəcəyi barəsində məlumatları verib. 2015-ci ildə OnePlus şirkəti OnePlus X adlı smartfonu satışa çıxartmışdı. Həmin smartfonun əsas fərqləndirici özəlliklərindən biri də o idi ki, onun arxa paneli keramik materialdan hazırlanmışdı.
İnsayderin vermiş olduğu məlumata əsasən OnePlus 11-in də arxa paneli keramik materialdan hazırlanacaq. Keramik arxa panelə adi OnePlus 11-in və ya onun daha premium versiyasının sahib olacağı barəsində məlumat qeyd edilməyib. Bununla yanaşı insayder bildirib ki, keramik arxa panelə sahib olacaq smartfon 16 GB RAM ilə təchiz olunacaq. Bu cür özəlliklərə sahib OnePlus 11 modelinin hansı qiymətə satılacağı bilinmir. Qeyd etmək lazımdır ki, 2015-ci ildə OnePlus X-i almaq üçün əlavə 100$ ödəmək lazım idi.
Linki kopyala
Həftənin xəbərləri

