Logo
    main-post-cover

    OnePlus 12-nin daha bir özəlliyi rəsmi şəkildə məlum olub

    Cihazlar+
    07.11.2023
    Emil
         OnePlus şirkəti təqdimata hazırlaşan OnePlus 12 flaqman smartfonunun özəlliklərini bölüşməyə davam edir. Şirkətin Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında paylaşmış olduğu yeni tizer posterə əsasən OnePlus 12 smartfonu periskop kameraya sahib olacaq. Söhbət, OmniVision OV64B adlı 64 MP-lik periskop kameradan gedir. Gözləntilərə əsasən sözügedən periskop kamera 3 qat optik zoom dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli LTPO OLED ekranla təchiz olunacağı, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 5500 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Smartfon ilin sonuna kimi Çində təqdim olunmalıdır. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəli üçün nəzərdə tutulub.
    Paylaş