Logo
    main-post-cover

    OnePlus 12-nin kameraları vasitəsilə çəkilmiş foto nümunələr təqdim edilib

    Cihazlar+
    01.11.2023
    Emil
         OnePlus şirkətinin Çin şöbəsi üzrə prezidenti olan Li Jie hələ təqdim edilməmiş OnePlus 12-nin kameraları vasitəsilə çəkilmiş foto nümunələri Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında bölüşüb. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində smartfonun texniki göstəriciləri barəsində bəzi məlumatları təqdim edib. Ümumilikdə 3 foto təqdim edilib. Onlardan birincisi geniş bucaqlı obyektiv, ikincisi zoom özəllikli kamera obyektivi ilə çəkilib. Üçüncü fotoya gəldikdə isə o, 3009x2256 piksel keyfiyyətinə sahibdir.
         Heç istisna deyil ki, üçüncü foto smartfonun əsas arxa kamerası tərəfindən çəkilib. Digital Chat Station ləqəbli məşhur insayderin təqdim etmiş olduğu məlumatlara gəldikdə isə onun sözlərinə əsasən OnePlus 12 smartfonu 2K keyfiyyətli ekranla təchiz olunacaq və onun standart versiyası 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib olacaq. Bununla yanaşı smartfon özündə 50 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OnePlus 12-nin bu ilin sonuna kimi Çində təqdim olunacağı gözlənilir. Onun qlobal versiyası isə gələn ilin əvvəlində təqdim olunmalıdır.
    Paylaş