OnePlus 12-nin qlobal versiyasının təqdimat tarixi rəsmi şəkildə təsdiqlənib
OnePlus şirkəti keçən həftə Çində OnePlus 12 flaqman smartfonunu təqdim etdi. İndi isə şirkət sözügedən smartfonun qlobal versiyasının təqdimatına hazırlaşır. Belə ki, şirkət OnePlus 12-nin qlobal versiyasının təqdimatını anons edib. OnePlus brendinin yaradılışının 10 illiyi münasibətilə Belçikada keçirilmiş Never Settle adlı sammit çərçivəsində şirkət təsdiqləyib ki, OnePlus 12-nin qlobal versiyası 23 yanvar tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntısında da məhz bu tarix qeyd edilmişdi. Bununla yanaşı şirkət qeyd edib ki, OnePlus 12-dən əlavə OnePlus 12R modeli də təqdim olunacaq.