
OnePlus 12-nin qlobal versiyasının təqdimatı şirkət tərəfindən sızdırılıb
Cihazlar+
28.11.2023
Emil
Artıq məlumdur ki, 5 dekabr tarixində Çində OnePlus 12 flaqman smartfonu təqdim ediləcək. Lakin smartfonun qlobal versiyasının nə zaman təqdim olunacağı hələ açıqlanmayıb. Bununla belə OnePlus şirkəti smartfonun qlobal versiyasının keçirilmə tarixini səhvən sızdırıb. Məsələ burasındadır ki, şirkət öz saytında OnePlus 12-nin reklam kampaniyasının hansı tarixdən hansı tarixə kimi keçiriləcəyi barəsində məlumatı yerləşdirib. Beləliklə məlumata əsasən smartfonun reklam kampaniyası 27 noyabr tarixində start götürüb və 23 yanvar tarixinə kimi davam edəcək. Şirkət sənədlərində qeyd edilib ki, reklam kampaniyası qlobal versiyanın təqdimatından bir gün öncə bitəcək. Bu isə o deməkdir ki, OnePlus 12-nin qlobal versiyası 24 yanvar tarixində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
