Logo
    main-post-cover

    OnePlus 12-nin rəsmi fotoları ortaya çıxıb

    Cihazlar+
    27.11.2023
         İnternetdə OnePlus 12 flaqman smartfonunun rəsmi fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, smartfon bazara 3 gövdə rəngində satışa çıxacaq. Ağ, qara və yaşıl. Bununla yanaşı smartfon kənarları əyilmiş dizaynda reallaşdırılmış ekranı əldə edəcək. Arxa paneldən isə smartfon 3 ədəd kamera obyektivinə və LED işıqlandırmaya sahib olacaq. Kameralar ilə LED işıqlandırma arxa paneldəki dairəvi sahənin daxilində yerləşəcəklər. Son məlumat sızıntılarına əsasən OnePlus 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.82 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 64 MP + 50 MP + 48 MP üçlü arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 12-nin rəsmi fotoları ortaya çıxıb | Technote