Logo
    main-post-cover

    OnePlus 12-nin taxta materialdan hazırlanmış arxa panelə sahib versiyası olacaq

    Cihazlar+
    23.11.2023
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan OnePlus 12 flaqman smartfonu barəsində məlumatlar verməyə davam edir. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti əvvəllər öz smartfonlarının taxta materialdan hazırlanmış arxa panelə sahib versiyaların ı təqdim edirdi. Məsələn 2015-ci ildə şirkət OnePlus 2-nin 3 versiyasını təqdim etmişdi. Birinci versiyanın arxa paneli bambukdan, ikinci versiyasının arxa paneli çəhrayı taxtadan, üçüncü versiyanın arxa paneli isə qara taxtadan hazırlanmışdı.
         Digital Chat Station-un verdiyi yeni məlumata əsasən OnePlus şirkəti bu il sözügedən ənənəyə geri qayıdacaq. Belə ki, şirkət OnePlus 12-nin taxta materialdan hazırlanmış arxa panelə sahib versiyasını təqdim edəcək. İnsayder həmçinin sözügedən versiyanın fotosunu da təqdim edib. Arxa paneli əhatə edən taxta materialın əsl ağacdan hazırlandığı və ya süni taxta olduğu bilinmir. Qeyd etmək lazımdır ki, OnePlus 12 smartfonu 4 dekabr tarixində təqdim ediləcək.
    Paylaş