Logo
    main-post-cover

    OnePlus 12-nin təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    20.11.2023
    Emil
         Uzun aylar ərzində olmuş məlumat sızıntılarından sonra OnePlus şirkəti sonunda OnePlus 12 flaqman smartfonunun təqdimatını anons edib. Çinin Weibo adlı sosial şəbəkəsində şirkət tərəfindən təqdim edilmiş posterə əsasən OnePlus 12 smartfonu 4 dekabr tarixində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.82 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Həmçinin smartfonun özündə 64 MP + 50 MP + 48 MP üçlü arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Paylaş