Logo
    main-post-cover

    OnePlus 12-nin vacib özəlliklərindən biri məlum olub

    Cihazlar+
    06.11.2023
    Emil
         OnePlus şirkətinin yeni flaqman smartfonu olacaq OnePlus 12 barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə sözügedən smartfon Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasındakı məlumatlara əsasən OnePlus 12 smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, OnePlus 11 smartfonu da 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir.
         Bununla belə OnePlus 12 modeli həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini özündə birləşdirəcək. OnePlus 11-də isə sürətli naqilsiz şarj texnologiyasının dəstəyi ümumiyyətlə yoxdur. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli LTPO OLED ekranla təchiz olunacağı, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 5500 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Smartfon ilin sonuna kimi Çində təqdim olunmalıdır. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəli üçün nəzərdə tutulub.
    Paylaş