Logo
    main-post-cover

    OnePlus 12 smartfon bazarında ən parlaq ekrana sahib olacaq

    Cihazlar+
    29.11.2023
    Emil
         OnePlus şirkəti təqdimata hazırlaşan OnePlus 12 barəsində yeni rəsmi məlumatları bölüşüb. Şirkət tərəfindən təqdim edilmiş yeni məlumatlar bu dəfə OnePlus 12-nin ekranını əhatə edirlər. Beləliklə təqdim edilmiş posterlərə əsasən sözügedən smartfon 2K keyfiyyətli OLED ekranla təchiz olunacaq. Bununla yanaşı OnePlus 12-nin ekranı hal hazırda mobil cihazlar bazarında ən yüksək səviyyəli parlaqlığa sahib ekran olacaq.
         Söhbət, 4500 nit parlaqlıq səviyyəsindən gedir. Şirkət həmçinin qeyd edib ki, ekranın bu dərəcə yüksək parlaqlığa sahib olmasına baxmayaraq onun enerji sərfiyyatı aşağı olacaq. Smartfonun ekran ölçüsü 6.83 düym təşkil edəcək və o, 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin təqdimatı 5 dekabr tarixində Çində baş tutacaq. Onun qlobal versiyasının təqdimatı isıə yanvar ayı üçün gözlənilir.
    Paylaş