Logo
    main-post-cover

    OnePlus 12 smartfonu AnTuTu testindən keçib

    Cihazlar+
    27.10.2023
         OnePlus şirkəti aktiv şəkildə OnePlus 12 flaqman smartfonunun təqdimatına hazırlaşır. Məlum olub ki, sözügedən smartfon AnTuTu 10 testindən keçib. Bunun sayəsində Snapdragon 8 Gen 3 prosessorunun OnePlus 12 tərkibində nələrə qadir olduğunu görmək olar. Beləliklə smartfon AnTuTu 10 testində 2.11 milyon xal toplayıb. Məlumatda qeyd edilib ki, AnTuTu testindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Lakin daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, OnePlus 12-nin həmçinin 24 GB RAM-a sahib versiyası da təqdim olunacaq. OnePlus 12 ilin sonuna kimi Çində təqdim olunmalıdır. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəli üçün nəzərdə tutulub.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 12 smartfonu AnTuTu testindən keçib | Technote