Logo
    main-post-cover

    OnePlus 12 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    31.10.2023
    Emil
         OnePlus şirkəti yaxın zamanda OnePlus 12 flaqman smartfonunu təqdim etməlidir. Məlum olub ki, sözügedən yeni smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində OnePlus 12 barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən OnePlus 12 Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı smartfon Android 14 əməliyyat sisteminə sahib olacaq. OnePlus 12 Geekbench-in bir nüvəli testi çərçivəsində 2169 xal, çox nüvəli testi çərçivəsində isə 6501 xal toplayıb. Qeyd etmək lazımdır ki, smartfon bu ilin sonuna kimi Çində təqdim olunmalıdır. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəli üçün gözlənilir.
    Paylaş