main-post-cover

    OnePlus 12 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    05.12.2023
    Emil Nəcəfov
         Aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus şirkəti Çində OnePlus 12 flaqman smartfonunu təqdim etdi. Beləliklə OnePlus 12 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3168х1440 piksel keyfiyyətli 6.82 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus 12 Snapdragon 8 Gen 3 prosessoru, 12/16/24 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 48 MP (f/2.2 diafraqma, avtofokus, 114 dərəcə bucaq əhatəsi) + 64 MP (f/2.6 diafraqma, optik stabilizasiya, 3 qat optik zoom, 6 qat hibrid zoom, 120 qat rəqəmsal zoom) üçlü arxa kamera, 32 MP-lik (f/2.4 diafraqma, 90 dərəcə bucaq əhatəsi, fikslənmiş fokus) ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
         Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. OnePlus 12 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon gələn həftə Çin bazarında satışa çıxacaq. Onun qlobal versiyasının təqdimatı isə gələn ay üçün gözlənilir. OnePlus 12-nin Çin bazarında satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 607$
    - 16 GB RAM + 512 GB yaddaş - 877$
    - 16 GB RAM + 1 TB yaddaş - 748$
    - 24 GB RAM + 1 TB yaddaş - 818$
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Nord 5 və Nord CE 5 smartfonlarının hansı prosessorları əldə edəcəkləri açıqlanıb
    oneplus-nord-5-ve-nord-ce-5-smartfonlarinin-hansi-prosessorlari-elde-edecekleri-aciqlanib
    Təqdimatdan öncə OnePlus 12-nin yeni fotoları və texniki göstəriciləri ortaya çıxıb
    teqdimatdan-once-oneplus-12-nin-yeni-fotolari-ve-texniki-gostericileri-ortaya-cixib
    Təqdimata bir gün qalmış OnePlus 12 barəsində yeni rəsmi məlumatlar təqdim edilib
    teqdimata-bir-gun-qalmis-oneplus-12-baresinde-yeni-resmi-melumatlar-teqdim-edilib
    OnePlus 12 təqdimatdan öncə AnTuTu testlərindən keçib
    oneplus-12-teqdimatdan-once-antutu-testlerinden-kecib
    OnePlus 12 smartfon bazarında ən parlaq ekrana sahib olacaq
    oneplus-12-smartfon-bazarinda-en-parlaq-ekrana-sahib-olacaq