Logo
    main-post-cover

    OnePlus 12R Geekbench testlərindən keçib

    Cihazlar+
    12.01.2024
         23 yanvar tarixində OnePlus 12-nin qlobal versiyasının təqdimatı baş tutacaq. Həmin gündə üstəlik OnePlus Ace 3-ün də qlobal versiyası təqdim olunmalıdır. Söhbət, OnePlus 12R-dən gedir. İndi isə OnePlus 12R-in Geekbench testlərindən keçdiyi məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən OnePlus 12R smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a və Android 14 əməliyyat sisteminə sahib versiyası keçib. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1554 xal, çox nüvəli testi çərçivəsində isə 4484 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 12R Geekbench testlərindən keçib | Technote