main-post-cover

    OnePlus 12R-in bəzi özəllikləri barəsində rəsmi məlumatlar verilib

    Cihazlar+
    07.01.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti bu ayın sonunda təqdim olunacağı gözlənilən OnePlus 12R smartfonu barəsində məlumatlar verməyə davam edir. Qeyd etmək lazımdır ki, OnePlus 12R smartfonu Çində təqdim olunmuş OnePlus Ace 3-ün qlobal versiyası olacaq. Beləliklə şirkətin vermiş olduğu məlumata əsasən OnePlus 12R smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacaq və ekran LTPO texnologiyası əsasında hazırlanacaq. Bununla yanaşı smartfon 5500 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. Çox güman ki, smartfonun dəstəkləyəcəyi sürətli şarj texnologiyası 100 vatt gücündə olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən OnePlus 12R Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. OnePlus 12R-in 23 yanvar tarixində OnePlus 12-nin qlobal versiyası ilə birgə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Buds 3 naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
    oneplus-buds-3-naqilsiz-qulaqligi-teqdim-olunub-qiymeti
    OnePlus Ace 3 təqdim olunub - QİYMƏTİ
    oneplus-ace-3-teqdim-olunub-qiymeti
    OnePlus Ace 3 barəsində yeni rəsmi məlumatlar verilib
    oneplus-ace-3-baresinde-yeni-resmi-melumatlar-verilib
    OnePlus Ace 3-ün kameraları ilə çəkilmiş foto nümunələr təqdim edilib
    oneplus-ace-3-un-kameralari-ile-cekilmis-foto-numuneler-teqdim-edilib
    OnePlus Buds 3 naqilsiz qulaqlığının yeni fotoları ortaya çıxıb
    oneplus-buds-3-naqilsiz-qulaqliginin-yeni-fotolari-ortaya-cixib