Logo
    main-post-cover

    OnePlus 12R-in kamera göstəriciləri təqdim edilib

    Cihazlar+
    14.12.2023
    Emil
         OnePlus şirkəti hal hazırda OnePlus 12-nin qlobal versiyası ilə yanaşı həmçinin OnePlus 12R smartfonunun da təqdimatına hazırlaşır. İnternetdə isə OnePlus 12R barəsində məlumatlar ortaya çıxmağa davam edir. İnsayderlər bu dəfə OnePlus 12R-in kameraları barəsində məlumat veriblər. Beləliklə məlumata əsasən sözügedən smartfon üçlü arxa kameraya sahib olacaq. Əsas arxa kamera Sony IMX890 adlı 50 MP-lik kamera olacaq. O, f/1.8 diafraqmaya və optik stabilizasiya funksiyasına sahib olacaq.
           İkinci kamera Sony IMX355 adlı 8 MP-lik ultra geniş bucaqlı kamera olacaq. O, f/2.2 diafraqmaya sahib olacaq və 112 dərəcə bucaq əhatəsini dəstəkləyəcək. Üçüncü kamera isə Sony IMX709 adlı 32 MP-lik kamera olacaq və o, 2 qat optik zoom-u dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, OnePlus 12R-in Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. OnePlus 12R smartfonu OnePlus 12-nin qlobal versiyası ilə birlikdə təqdim olunmalıdır.
    Paylaş