Logo
    main-post-cover

    OnePlus 12R-in nə zaman təqdim olunacağı məlum olub

    Cihazlar+
    27.12.2023
    Emil
         Biraz əvvəl OnePlus şirkəti OnePlus Ace 3 smartfonunun təqdimatını anons etdi. Smartfon 4 yanvar tarixində Çində təqdim olunacaq. Sözügedən smartfon qlobal bazarda OnePlus 12R adı altında satışa çıxacaq. İndi isə OnePlus 12R-in nə zaman təqdim olunacağı məlum olub. Belə ki, internetdə OnePlus 12R-in təqdimat posteri ortaya çıxıb. Posterə əsasən smartfon 23 yanvar tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin gündə həmçinin OnePlus 12-nin də qlobal versiyası təqdim olunacaq.
    Paylaş