
OnePlus 12R-in reklam fotoları ortaya çıxıb
Cihazlar+
28.12.2023
Emil
Dünən OnePlus şirkəti OnePlus 3-ün təqdimatını rəsmi şəkildə anons etdi. Smartfon 4 yanvar tarixində təqdim olunacaq. Onun qlobal versiyası qismində isə OnePlus 12R smartfonu çıxış edəcək. OnePlus 12R-in 23 yanvar tarixində OnePlus 12-nin qlobal versiyası ilə birgə təqdim olunacağı gözlənilir. İndi isə internetdə OnePlus 12R-in reklam fotoları ortaya çıxıb. Ortaya çıxmış reklam fotolarda smartfon açıq-çəhrayı, mavi və qara gövdə rənglərində əks olunub. Gözləntilərə əsasən OnePlus 12R smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.



Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
