Logo
    main-post-cover

    OnePlus 12R-in texniki imkanları açıqlanıb

    Cihazlar+
    22.12.2023
         OnePlus şirkəti 23 yanvar tarixində OnePlus 12-nin qlobal versiyasını təqdim edəcək. Onunla yanaşı şirkət həmin gündə həmçinin OnePlus 12R smartfonunu da təqdim etməlidir. Sözügedən smartfon OnePlus Ace 3-ün qlobal versiyası rolunda çıxış edəcək. İndi isə insayderlər OnePlus 12R-in texniki göstəricilərini təqdim ediblər. Beləliklə təqdim edilmiş məlumatlara əsasən OnePlus 12R smartfonu LTPO 4.0 texnologiyası əsasında hazırlanmış 6.78 düym ekranla təchiz olunacaq.
         Onun təsvir yenilənməsi 1 Hz-dən 120 Hz-ə kimi təşkil edəcək. Üstəlik ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. OnePlus 12R Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 8/16 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus 12R-in texniki imkanları açıqlanıb | Technote