OnePlus 12R smartfonu OnePlus 11R-dən nə ilə fərqlənəcək?
Cihazlar+
30.10.2023
Emil Nəcəfov
Heç sirr deyil ki, OnePlus şirkətinin hal hazırda hazırladığı smartfonlardan biri də OnePlus 12R-dir. İnsayderlər OnePlus 12R-in OnePlus 11R-dən nə ilə fərqlənəcəyi barəsində məlumatlar veriblər. Onların sözlərinə əsasən əsas fərq prosessorda olacaq. Belə ki, OnePlus 11R smartfonu Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışdığı bir vaxtda OnePlus 12R modeli Snapdragon 8 Gen 2 prosessorunu əldə edəcək. Bundan əlavə olaraq OnePlus 12R modeli maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edəcək ekran ilə təchiz olunacaq və 5500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, OnePlus 11R modeli 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Gözləntilərə əsasən OnePlus 12R smartfonu qlobal bazarda 2024-cü ilin əvvəlində təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OnePlus 12 smartfonu AnTuTu testindən keçib
OnePlus 12 smartfonu AnTuTu testindən keçib
OnePlus şirkəti aktiv şəkildə OnePlus 12 flaqman smartfonunun təqdimatına hazırlaşır.
OnePlus 12 barəsində ilk rəsmi məlumat təqdim edilib
OnePlus 12 barəsində ilk rəsmi məlumat təqdim edilib
OnePlus şirkəti OnePlus 12 flaqman smartfonu barəsində tizer materiallarını təqdim etməyə başlayıb.
Qatlana bilən OnePlus Open təqdim edilib - QİYMƏTİ
Qatlana bilən OnePlus Open təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu OnePlus Open-i təqdim edib. OnePlus Open faktiki olaraq OPPO Find N3-ün kopyasıdır.
OnePlus Open rekord dəstək müddətinə sahib ola bilər
OnePlus Open rekord dəstək müddətinə sahib ola bilər
Bu ayın əvvəlində Google şirkəti Pixel 8 smartfonlarını təqdim edən zaman qeyd etmişdi ki, onların dəstək müddətləri 7 il təşkil edəcək.
Təqdimatdan bir gün öncə OnePlus Open-in bəzi texniki göstəriciləri məlum olub
Təqdimatdan bir gün öncə OnePlus Open-in bəzi texniki göstəriciləri məlum olub
İnsayderlər qatlana bilən OnePlus Open smartfonunun yeni render fotolarını təqdim ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!