
OnePlus 13 Mini böyük həcmli batareyanı əldə edə bilər
Cihazlar+
18.02.2025
Emil
Son zamanlar internetdə OnePlus-un kompakt ölçülü flaqmanı üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxıb. Həmin məlumatlarda sözügeüdən smartfonun OnePlus 13 Mini adlanacağı və onun 2025-ci ilin aprelində təqdim ediləcəyi qeyd edilib. Yeni məlumat sızıntısı isə bu smartfonun güclü batareya ömrünə malik olacağını bildirir. Digital Chat Station ləqəbli məşhur insayderin məlumatına görə, OnePlus 13 Mini, kompakt ölçülərinə baxmayaraq, 6000 mAh enerji tutumlu batareya ilə təchiz ediləcək.

Bu xüsusiyyət kompakt cihazlar üçün olduqca təsiredicidir, çünki adətən bu ölçüdə smartfonlarda daha kiçik batareyalar istifadə olunur. Bundan əlavə, OnePlus və onun sahibi olan OPPO daha böyük tutumlu batareyalar üzərində çalışırlar. Sözügedən batareyalar 6500 mAh-dan 7000 mAh-a qədər dəyişə bilər və bu cür batareyalara sahib cihazların bu ilin ikinci yarısında təqdim ediləcəyi gözlənilir.
OnePlus 13 Mini smartfonuna gəldikdə isə daha öncəki məlumat sızıntılarına inansaq, bu smartfon 1.5K keyfiyyətli 6.3 düym ölçülü OLED ekranla təchiz olunacaq 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı əldə edəcək və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı OnePlus 13 Mini modelinin naqilsiz sürətli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.
Mənbə: Digital Chat Station
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
