Logo
    main-post-cover

    OnePlus 13 smartfonu barəsində bəzi məlumatlar verilib

    Cihazlar+
    05.03.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OnePlus artıq növbəti flaqman smartfonu üzərində çalışmağa başlayıb. Söhbət, OnePlus 13-dən gedir. İnsayder bildirib ki, hazırlanan OnePlus 13 yenilənmiş dizaynı əldə edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 2K keyfiyyətli ekranı birləşdirəcək. Bununla yanaşı ekran ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanını əldə edəcək. İnsayder əlavə edib ki, OnePlus 13-ün əsas arxa kamerası 50 MP-lik olacaq. OnePlus 13-ün bu ilin sonunda təqdim olunacağı gözlənilir.
    Paylaş