OnePlus 13 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
31.10.2024
Emil Nəcəfov
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus şirkəti sonunda OnePlus 13 flaqman smartfonunu təqdim edib. OnePlus 13 smartfonu böyük ölçülü ekranı, flaqman prosessoru və böyük həcmli batareyanı əldə edib. Beləliklə bu yeni smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3168х1440 piksel keyfiyyətli 6.82 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68/69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16/24 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
Kameralar mövzusunda OnePlus 13 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, 120 dərəcə bucaq əhatəsi avtofokus) + 50 MP (f/2.6 diafraqma, 3 qat optik zoom, 120 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Smartfon qutudan ColorOS 15 interfeysli Android 15 vasitəsilə çalışır. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 630$-dan start götürür. OnePlus 13-ün qlobal versiyası çox güman ki, gələn ilin əvvəlində təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OnePlus Open 2 bazarda ən nazik gövdəli qatlana bilən smartfon olacaq
OnePlus Open 2 bazarda ən nazik gövdəli qatlana bilən smartfon olacaq
Digital Chat Station ləqəbli məşhgur insayder təqdimata hazırlaşan qatlana bilən OnePlus Open 2 smartfonunun texniki imkanları barəsində yeni təfərrüatları bölüşüb.
Təqdimatdan 1 gün qabaq OnePlus 13-ün texniki imkanları ortaya çıxıb
Təqdimatdan 1 gün qabaq OnePlus 13-ün texniki imkanları ortaya çıxıb
OnePlus şirkəti artıq sabah OnePlus 13 flaqman smartfonunu təqdim edəcək. Təqdimatdan 1 gün qabaq Çinin TENAA sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında bu smartfonun texniki imkanları ortaya çıxıb.
Təqdim olunacaq qatlana bilən OnePlus Open 2-nin batareya həcmi açıqlanıb
Təqdim olunacaq qatlana bilən OnePlus Open 2-nin batareya həcmi açıqlanıb
OnePlus keçən il qatlana bilən OnePlus Open smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq OnePlus Open 2-nin təqdimatına hazırlaşır.
OnePlus 13-ün bəzi texniki göstəriciləri rəsmi şəkildə təsdiqlənib
OnePlus 13-ün bəzi texniki göstəriciləri rəsmi şəkildə təsdiqlənib
OnePlus şirkəti artıq OnePlus 13-ün təqdimat tarixini elan edib. Sözügedən yeni flaqman smartfon 31 dekabr tarixində təqdim ediləcək.
OnePlus 13-ün təqdimatı rəsmi şəkildə anons edilib
OnePlus 13-ün təqdimatı rəsmi şəkildə anons edilib
OnePlus şirkəti uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus 13-ün təqdimatını rəsmi şəkildə anons edib. Anonsla yanaşı şirkət OnePlus 13-ün 3 gövdə rəngində əks olunmuş fotosunu da bölüşüb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!