
OnePlus 13-ün arxa kameralarının hansı kamera sensorlarından təşkil olunacaqları məlum olub
Cihazlar+
12.06.2024
Emil
OnePlus şirkətinin bu ilin sonunda təqdim edəcəyi gözlənilən yeni flaqman smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Söhbət, OnePlus 13-dən gedir. Bu dəfə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonun kameraları barəsində məlumatlar verib. Beləliklə onun sözlərinə əsasən OnePlus 13 smartfonu 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Əsas arxa kameranın tərkibini isə Sony LYT808 adlı kamera sensoru təşkil edəcək.
İnsayder bildirib ki, 50 MP-lik əsas arxa kamera ilə yanaşı smartfon özündə iki ədəd əlavə kameranı birləşdirəcək və onlardan hər birinin tərkibi Sony IMX882 kamera sensorundan təşkil ediləcək. Onlardan biri 3 qat optik zoom-a sahib periskop kamera, digəri isə ultra geniş bucaqlı kamera olacaq. Digər texniki özəlliklərə gəldikdə, OnePlus 13-ün 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli ekranla təchiz olunacağı və Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. OnePlus 13 bu ilin sonunda Çində təqdim olunmalıdır. Onun qlobal versiyası isə böyük ehtimalla gələn ilin əvvəlində təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
