
OnePlus 13-ün bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
24.04.2024
Farid
OnePlus şirkəti hal-hazırda aktiv şəkildə OnePlus 13 flaqman smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder isə sözügedən smartfonun bəzi texniki imkanlarını açıqlayıb. Beləliklə insayderin təqdim etmiş olduğu məlumatlara əsasən OnePlus 13 smartfonu yeni dizaynı əldə edəcək və kənarları bir qədər əyilmiş dizaynda hazırlanmış 2K keyfiyyətli 6.8 düym LTPO ekran ilə təchiz olunacaq.
Bundan əlavə olaraq smartfon ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı texnologiyasına sahib olacaq. Çox güman ki, bu texnologiya birbaşa smartfon ekranına inteqrasiya ediləcək. İnsayderin sözlərinə əsasən OnePlus 13 Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə optik zoom dəstəkli teleobyektivi birləşdirəcək. OnePlus 13-ü yaxın zamanda gözləmək lazım deyil. Smartfon çox güman ki, ilin sonunda Çin bazarında, gələn ilin əvvəlində isə qlobal bazarda təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
