main-post-cover

    OnePlus 13-ün dizaynı və onun nə zaman təqdim oluna biləcəyi barəsində məlumatlar verilib

    Cihazlar+
    30.08.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder OnePlus 13 barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə insayder bu yeni smartfonun dizaynı və onun nə zaman təqdim oluna biləcəyi barəsində məlumatlar verib. Beləliklə insayderin sözlərinə əsasən OnePlus bu il OnePlus 13-də kənarları olduqca çox əyilmiş gövdə dizaynından imtina edəcək. Bunun əvəzinə smartfonun kənarları çox az şəkildə əyilmiş dizayna sahib olacaq. Bu baxımdan smartfon Xiaomi 14 Ultra-ya və ya Huawei Pura 70 Ultra-ya bənzəməlidir.
         Bununla yanaşı OnePlus 13-ün arxa kamera sahəsində də bəzi dəyişikliklər olacaq. Belə ki, OnePlus 13-ün arxa kamera sahəsi dairəvi olaraq qalacağı halda o, smartfon gövdəsinin kənar hissəsi ilə birləşməyəcək. Qeyd etmək lazımdır ki, OnePlus 13-ün Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı və özündə 10​​​​​​0 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. İnsayder bildirib ki, şirkət OnePlus 13-ü 11 noyabr tarixində Çində baş tutacaq ənənəvi böyük alış-verişlərdən öncə təqdim etməyə hədəflənib. Buna görə də OnePlus 13-ün təqdimatı ya oktyabr ayının sonunda ya da noyabr ayının əvvəlində baş tuta bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13-ün əsas arxa kamerası və batareyası barəsində məlumatlar verilib
    oneplus-13-un-esas-arxa-kamerasi-ve-batareyasi-baresinde-melumatlar-verilib
    OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    oneplus-ace-5-ve-ace-5-pro-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    OnePlus Buds Pro 3 flaqman naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-buds-pro-3-flaqman-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    OnePlus Buds Pro 3-ün satış qiyməti ortaya çıxıb
    oneplus-buds-pro-3-un-satis-qiymeti-ortaya-cixib
    OnePlus 13 ilə OPPO Find X8 Ultra-nın ön paneldən necə görünəcəkləri sərgilənib
    oneplus-13-ile-oppo-find-x8-ultra-nin-on-panelden-nece-gorunecekleri-sergilenib