main-post-cover

    OnePlus 13-ün əsas arxa kamerası barəsində məlumat verilib

    Cihazlar+
    03.09.2024
    Emil Nəcəfov
         Hələ təqdim olunmamış OnePlus 13 flaqman smartfonu ilə bağlı məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Ortaya çıxmış yeni məlumatlar sözügedən smartfonun əsas arxa kamerasını əhatə edirlər. Beləliklə məlumata əsasən OnePlus 13 smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 50 MP-lik olacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan OnePlus 12 də 50 MP-lik əsas arxa kameranı özündə birləşdirir.
          Məlumatda qeyd edilib ki, OnePlus 12 ilə müqayisədə OnePlus 13-ün əsas arxa kamerası daha yaxşı olsa da ciddi dəyişiklikləri gözləmək lazım deyil. Belə ki, şirkət OnePlus 13-də əsas diqqətini prosessora, batareyaya və ekrana ayıracaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən OnePlus 13 smartfonu Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcək. Smartfon ilin sonuna kimi ilk növbədə Çində təqdim olunacaq. Onun qlobal versiyasının təqdimatı isə gələn ilin əvvəlinə gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13-ün dizaynı və onun nə zaman təqdim oluna biləcəyi barəsində məlumatlar verilib
    oneplus-13-un-dizayni-ve-onun-ne-zaman-teqdim-oluna-bileceyi-baresinde-melumatlar-verilib
    OnePlus 13-ün əsas arxa kamerası və batareyası barəsində məlumatlar verilib
    oneplus-13-un-esas-arxa-kamerasi-ve-batareyasi-baresinde-melumatlar-verilib
    OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    oneplus-ace-5-ve-ace-5-pro-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    OnePlus Buds Pro 3 flaqman naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-buds-pro-3-flaqman-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    OnePlus Buds Pro 3-ün satış qiyməti ortaya çıxıb
    oneplus-buds-pro-3-un-satis-qiymeti-ortaya-cixib