Logo
    main-post-cover

    OnePlus 13-ün əsas arxa kamerası və batareyası barəsində məlumatlar verilib

    Cihazlar+
    27.08.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder OnePlus 13 smartfonu barəsində məlumatlar təqdim etməyə davam edir. İnsayderin vermiş olduğu yeni məlumatlara əsasən OnePlus 13 smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. İnsayder bildirib ki, smartfon f/1.6 diafraqmalı 50 MP-lik əsas arxa kameranı əldə edəcək.
         Söhbət, Sony LYT-808 adlı kamera sensoruna sahib 50 MP-lik kameradan gedir. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan OnePlus 12 smartfonu da eyni əsas arxa kameraya sahibdir. Gözləntilərə əsasən OnePlus 13 smartfonu Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. OnePlus 13 bazarda Snapdragon 8 Gen 4-ü əldə edəcək ilk smartfonlardan biri olacaq. Smartfonun bu ilin sonunda təqdim olunacağı gözlənilir. O, ilk növbədə Çində təqdim ediləcək. Gələn ilin əvvəlində isə smartfon qlobal bazarda təqdim olunmalıdır.
    Paylaş