
OnePlus 13-ün ilk press fotoları ortaya çıxıb
Cihazlar+
17.10.2024
Emil
OnePlus şirkəti OnePlus 13 flaqman smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə Çinin sosial şəbəkələrində bu yeni smartfonun ilk press fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, OnePlus 13 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Lakin OnePlus 12-dən fərqli olaraq kamera sahəsi smartfonun kənar hissəsi ilə birləşməyəcək. OnePlus 13-ün kamera sahəsinin daxilində 3 ədəd obyektiv mövcud olacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 13 smartfonu 2K keyfiyyətli ekranla təchiz olunacaq, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
