
OnePlus 13-ün təqdimatı rəsmi şəkildə anons edilib
Cihazlar+
21.10.2024
Emil
OnePlus şirkəti uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus 13-ün təqdimatını rəsmi şəkildə anons edib. Anonsla yanaşı şirkət OnePlus 13-ün 3 gövdə rəngində əks olunmuş fotosunu da bölüşüb. Beləliklə rəsmi məlumata əsasən smartfon 31 oktyabr tarixində Çində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 13 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli ekranla təchiz olunacaq, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, smartfonun qlobal versiyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
