
OnePlus 13-ün texniki göstəriciləri barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
05.06.2024
Emil
OnePlus-ın növbəti flaqman smartfonu olacaq OnePlus 13 barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə Digital Chat Station ləqəbli məşhur insayder Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında sözügedən smartfonun bəzi texniki özəllikləri barəsində təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən OnePlus 13 smartfonu Çinin BOE şirkəti tərəfindən istehsal ediləcək müasir ekranı əldə edəcək. Söhbət, 2K keyfiyyətli LTPO OLED ekrandan gedir.
Məlumatda qeyd edilib ki, OnePlus 13-ün ekran ölçüsü 6.8 düym təşkil edəcək. Bununla yanaşı insayder bildirib ki, smartfon özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, OnePlus 13 bazarda Snapdragon 8 Gen 4 flaqman prosessorunu əldə edəcək ilk smartfonlardan biri olacaq. Bununla yanaşı onun 50 MP-lik əsas arxa kameranı da əldə edəcəyi gözlənilir. OnePlus 13 bu ilin sonunda Çində, gələn ilin əvvəlində isə qlobal bazarda təqdim olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
