
OnePlus 13R-in hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
20.12.2024
Emil
OnePlus şirkəti OnePlus 13R smartfonunun təqdimatını artıq anons edib. Sözügedən smartfon 7 yanvar tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki. bu smartfon 26 dekabr tarixində Çində təqdim olunacaq OnePlus Ace 5 smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. İndi isə şirkət OnePlus 13R-in əsas özəlliklərindən biri barəsində rəsmi məlumat verib. Söhbət, smartfonun hansı prosessor vasitəsilə çalışacağından gedir. Beləliklə OnePlus tərəfindən təqdim edilmiş posterə əsasən OnePlus 13R smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, şirkət OnePlus 13R-in təqdimatını anons edən zaman onun batareya həcminin 6000 mAh təşkil edəcəyini rəsmi şəkildə təsdiqləmişdi.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
