
OnePlus 13R-in təqdimatı anons edilib
Cihazlar+
18.12.2024
Emil
Dünən OnePlus şirkəti oktyabr ayında Çində təqdim edilmiş OnePlus 13 flaqman smartfonunun qlobal versiyasının təqdimatını anons etdi. Rəsmi anonsa əsasən OnePlus 13-ün qlobal versiyası 7 yanvar tarixində təqdim olunacaq. Lakin indi məlum olub ki, şirkət 7 yanvar tarixində OnePlus 13-ün qlobal versiyası ilə yanaşı daha bir smartfonunu da təqdim edəcək. Məsələ burasındadır ki, şirkət 7 yanvar tarixi üçün OnePlus 13R smartfonunun təqdimatını anons edib. Bununla yanaşı şirkət rəsmi şəkildə təsdiqləyib ki, OnePlus 13R smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Gözləntilərə əsasən OnePlus 13R smartfonu bu ayın sonuna kimi təqdimatı gözlənilən OnePlus Ace 5 smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
