
OnePlus 13R smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.01.2025
Emil
OnePlus şirkəti OnePlus 13-ün qlobal versiyası ilə yanaşı OnePlus 13R smartfonunu da təqdim edib. Qeyd etmək lazımdır ki, OnePlus 13R smartfonu keçən ay Çində təqdim edilmiş OnePlus Ace 5 smartfonunun qlobal versiyası qismində çıxış edir. Beləliklə OnePlus 13R smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir.

Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus 13R 50 MP + 8 MP + 50 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı əldə edib. OnePlus 13R artıq satışa çıxıb və onun qiyməti 600$ təşkil edir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus 13-ün qlobal versiyası təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti keçən ilin oktyabr ayının sonunda Çində OnePlus 13 flaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət bu smartfonun qlobal versiyasını təqdim edib. OnePlus 13-ün qlobal versiyası əsas texniki imkanlar baxımından Çində satılan versiyadan heç fərqlənmir.

Cihazlar+
Qatlana bilən OnePlus Open 2-nin ilk render fotoları təqdim edilib
OnePlus şirkətinin gələn ilin birinci yarısında yeni qatlana bilən smartfonu OnePlus Open 2-ni təqdim edəcəyi gözlənilir. İndi isə Smartprix saytı sözügedən qatlana bilən smartfonun ilk render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib.

Cihazlar+
OnePlus Buds Ace 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti OnePlus Ace 5 smartfonları və yeni OnePlus Pad planşeti ilə yanaşı üstəlik yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, OnePlus Buds Ace 2-dən gedir.

Cihazlar+
Yeni OnePlus Pad planşeti təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti OnePlus Ace 5 smartfonları ilə yanaşı yeni OnePlus Pad planşetini də təqdim edib. Şirkətin bu yeni planşeti böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.

Cihazlar+
OnePlus Ace 5 və Ace 5 Pro təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti daha öncə də söz vermiş olduğu kimi OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını təqdim edib. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki imkanlar üzrə eynidirlər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
