
OnePlus 13R və 13R-in bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
16.11.2024
Emil
OnePlus şirkəti yaxın zamanda OnePlus 13R və 13R Pro smartfonlarını təqdim etməlidir. Bəzi məlumatlara əsasən bunlar şirkətin gələn ay təqdim edəcəyi gözlənilən OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarının qlobal versiyaları olacaqlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OnePlus 13R və 13R Pro smartfonlarının texniki imkanları ilə bağlı təfərrüatları təqdim edib.
Beləliklə insayderin sözlərinə əsasən hər iki smartfon 1.5K keyfiyyətli ekranı əldə edəcək. Adi OnePlus 13R modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə, OnePlus 13R Pro modeli isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Batareya mövzusunda smartfonlara 100 vatt gücündə sürətli şarj texnologiyalı 6200-6300 mAh enerji tutumlu batareya quraşdırılacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
