
OnePlus 13s-in yaxın zamanda təqdimatı elan edilib
Cihazlar+
28.04.2025
Emil
OnePlus şirkəti yaxın zamanda OnePlus 13s adlı yeni smartfonunu təqdim edəcəyini rəsmi şəkildə elan edib. Şirkət tərəfindən təqdim edilmiş posterdə dəqiq təqdimat tarixi qeyd edilməyib. Lakin bununla belə OnePlus 13s-in arxa panel dizaynı əks olunub. Dizayndan da belə nəticəyə gəlmək olar ki, OnePlus 13s smartfonu keçən həftə təqdim edilmiş kompakt ölçülü OnePlus 13T modelinin qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. Bununla yanaşı şirkət təsdiqləyib ki, OnePlus 13s smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, keçən həftə təqdim edilmiş OnePlus 13T də bu prosessor vasitəsilə çalışır.


Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
