OnePlus 9 ilə OnePlus 9 Pro-nun bəzi texniki özəllikləri məlum olub
Cihazlar+
26.01.2021
Farid Pardashunas
Hələ keçən ilin noyabr ayında OnePlus 9 Pro smartfonunun real fotoları ortaya çıxmışdı. Daha sonra adi OnePlus 9 modelinin prototipinin fotosu da ortaya çıxdı. İndi isə məşhur çinli insayder sözügedən smartfonların texniki özəllikləri barəsində məlumat verib. Beləliklə Digital Chat Station ləqəbli məşhur çinli insayderin məlumatlarına əsasən adi OnePlus 9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym ekran, OnePLus 9 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.78 düym ekran ilə təchiz olunacaq.
Hər iki smartfonun ekranının yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Məlumatda həmçinin qeyd olunub ki, OnePlus 9 smartfonları Snapdragon 888 prosessoru və 4500 mAh-dan çox olmayan batareya həcmi ilə təchiz olunacaqlar. İnsayder bildirib ki, smartfonlar nazik və yüngül olacaqlar. Belə ki, adi OnePlus 9 modelinin qalınlığı 8 mm, OnePlus 9 Pro modelinin qalınlığı isə 8.5 mm təşkil edəcək. Hər iki smartfonun çəkisi 200 qramdan çox olmayacaq. OnePlus 9 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində bir məlumat hələ yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)